• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1832
— 09.05.2024 17:24

Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

KepezTV Player

Naftalanda Vətən Müharibəsi şəhidi Bəhruz Quliyevin xatirəsi adına istifadəyə verilən bulağın önündə yad edilib. Şəhidin həyat yoluna nəzər salınıb. Vətənin ərazi bütövlüyü uğrunda canından keçən igidin şərəfli ömür yolunun gələcək nəsillərə nümunə olduğu vurğulanıb. Şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıdan söz açılıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında qazanılan Qarabağ zəfərinin əbədi olacağı qeyd edilib. Şəhər 1 nömrəli tam orta məktəbdə “Qısa ömrün əbədiyyəti“ adlı ədəbi-bədii proqram təqdim olunub. Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şerlər səsləndirilib, mahnılar oxunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlər zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Bəhruz Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Laçının və Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhid müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub.

Fərid Mehdiyev