Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində “Boyaq bitki xammalları və tullantılarının emalı” mövzusuna həsr olunan Respublika elmi konfransı öz işinə başlayıb. Ekoloji bitki boyaları, qida təhlükəsizliyində boyaq bitkilərinin əhəmiyyəti, biomüxtəliflik və onun qorunması, bitki mənşəli tullantıların təkrar emalı və tətbiqi mövzularında məruzələr dinlənilib. Çıxışlarda kənd təsərrüfatında biomüxtəlifliyin zənginləşdirilməsi və məhsuldarlığın yüksəldilməsi üçün növbəli əkinlər sisteminin tətbiqindən danışılıb. Təkrar emal texnologiyalarının ekoiqtisadi nəticələri müzakirə edilib. Qərb regionunun yay otlaqlarının biomüxtəlifliyinin tədqiqi barədə məlumat verilib. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş konfrans sabah yekunlaşacaq.
Aişə Rzayeva
- Baxış: 415