• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1894
— 24.04.2024 17:18

Məmməd Bürcəliyevin əziz xatirəsi yad edilib

KepezTV Player

Gəncə Dövlət Dram Teatrında teatr və kino aktyoru Məmməd Bürcəliyevin 110 illik yubleyi qeyd edilib. “Gəncənin görkəmli incəsənət xadimi” adlı xatirə gecəsində Xalq artistinin özünəməxsus dəst-xətti olan yaradıcılıq yolundan söz açılıb. Sənətkar ömrünün 80 ilinin 65-nin mədəniyyətlə bağlı olduğu qeyd edilib. Gəncə Dövlət Dram Teatrında çalışdığı 60 il ərzində yaratdığı rollar tamaşaçılar tərəfindən sevilib. 

Pərvanə Qurbanova- Xalq artisti: “Mənim üçün böyük şərəfdir ki, Mamed dayı kimi bir sənətkarla bir səhnəni paylaşmışıq. Onlardan çox şey öyrənmişik. Sənəti də, insanlığı da öyrənmişik. Həyatda necə yaşamaq lazımdır, onu da öyrənmişik. Onun işığına toplaşıb, onu yada salırıq. Bizim üçün nə xoş ki, Mamed dayı kimi insanı tanımışıq, nə yaxşı ki var olub və var olacaqdır”.

Anar Ərtoğrul Bürcəliyev- Məmməd Bürcəliyevin oğlu: “Fəaliyyəti müddəti ərzində regionda teatrların ümumi vəziyyəti, teatrların reapertuar təyinatında onun yaxından köməkliyi olubdur. Aktyorumuzun əziz xatirəsi hər zaman yüksək tutularaq yüksək dəyərləndirilir”.

Vüsalə Cənnətova