Gəncə Dövlət Filarmoniyasında “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində xalq artisti Fikrət Verdiyevin xatirə gecəsi baş tutub. “Göygöl” adlı konsertdə tanınmış tarzənin Azərbaycan musiqisinə, incəsənətinə, xüsusilə Gəncənin mədəniyyətinə verdiyi töhfələrdən danışılıb. Onun gənclərə dəstəyindən, tarda ifalarından söz açılıb. Fikrət Verdiyevin ən böyük mirasının isə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı olduğu xatırladılıb. Tədbirdə ansambl tərəfindən Xalq artistinin xatirəsinə həsr olunan əsərlər ifa edilib. Eləcə də konsertdə Xalq artistləri, Əməkdar artistlər və tanınmış musiqiçilərin çıxışları olub.
Bəyimxanım Verdiyeva- Fikrət Verdiyevin həyat yoldaşı: “Ruhun şad olsun Fikrət! Səni xalqımız sevir. Dövlətimiz sənin zəhmətini hər zaman yüksək qiymətləndiribdir. Sənin ruhun bu gün sənin yaratdığın filarmoniyada dolaşır. Hər zaman deyirdi ki, mənim üç yox, dörd övladım var. İlk övladım Göygöl Ansanblıdır”.
Niyaməddin Musayev- Xalq artisti: “Çox gözəl, istiqanlı bir insan idi. Səmimi adam idi. Sənəti ilə bir tarix yazdı. Göygöl Ansanblının özü bir tarix oldu. Bütün sənət adamlarının, xalqın qəlbindədir”.
Elnur Rzayev
- Baxış: 147