![](http://kepeztv.az/sites/default/files/styles/newsdetail/public/xankendi_81.jpg?itok=HOuBC37g)
Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 4 ədəd müxtəlif markalı avtomat silahı, 2 tüfəng, 2 tapança, 8 qumbara aşkarlanıb. Həmçinin, 3 alışdırıcı, 2 partlayıcı , 18 patron darağı, 1 930 ədəd müxtəlif çaplı patron, 7 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
- Baxış: 621