• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 720
— 15.04.2024 20:10

Azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs olunub

Paytaxtın Nərimanov rayonunda yaşayış binalarından birinin girişində azyaşlıya qarşı əxlaqsız hərəkətlərin edilməsi barədə polisə məlumat daxil olub. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törədən Maksim Məmmədov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, o, əvvəlcə azyaşlını izləyib. Daha sonra binanın girişində yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Nərimanov rayon məhkəməsinin qərarı ilə M.Məmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.