KepezTV Player
Ermənistan Azərbaycanın bölgədə sülh və quruculuq istiqamətində səylərinə qarşılıq göstərməsi vacibdir. Bunu xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının fəxri qonaq qismində iştirak etdiyi strateji dialoq toplantısında çıxışı zamanı bildirib. O, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhlükəsi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə məlumat verib. Nazir həmçinin Ermənistanın 30 ilə yaxın işğalı dövründə ölkəmizin mövqeyini dəstəkləyən, habelə postmünaqişə dövründə aparılan quruculuq işləri və minatəmizləmə fəaliyyətinə töhfə verən bütün tərəfdaşlara təşəkkür ifadə edib.
- Baxış: 83