KepezTV Player
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın yeni seçilmiş Prezidenti Peter Pelleqriniyə təbrik məktubu ünvanlayıb. Bildirilib ki, Slovakiya ilə dostluq əlaqələrimizin inkişafı böyük önəm kəsb edir. "Azərbaycan-Slovakiya əməkdaşlığının müxtəlif sahələrdə yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur. Keçən ildən ölkəmizin Bratislavada fəaliyyətə başlamış Səfirliyinin ikitərəfli münasibətlərimizin genişləndirilməsinə töhfə verəcəyinə inanıram" - deyə məktubda qeyd olunub.
- Baxış: 82