“Xiaomi” şirkəti öz ilk elektromobili olan “SU7”-nin Pekindəki yeni istehsalat zavodunda yığılması prosesini əks etdirən videonu təqdim edib. Qeyd etmək lazımdır ki, “Xiaomi” sözügedən elektromobilin istehsalını Çinin ən böyük avtomobil şirkətlərindən biri olan BAIC ilə birgə reallaşdırır. Məlumata görə, “Xiaomi SU7”-nin istehsal prosesi tamamilə avtomatlaşdırılıb və adi işçilər sadəcə olaraq monitorlar vasitəsilə istehsalat prosesinin vacib məqamlarına nəzarət edirlər. Elektromobil üçün nəzərdə tutulmuş detalların zavod daxilində daşınması ilə də pilotsuz robotlar məşğul olurlar. Qeyd etmək lazımdır ki, “Xiaomi SU7”-nin Çində satışlarına artıq start verilib.
- Baxış: 362