• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1255
— 09.04.2024 19:25

Avropa çempionatında qızıl medal qazanan gimnastlarımız Vətənə dönüblər

Portuqaliyanın Qimarayeş şəhərində keçirilən batut gimnastikası, ikili-mini batut və tamblinq üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan yığmasının üzvləri Vətənə dönüblər.Tamblinq üzrə millinin üzvləri komanda hesabında qızıl medala yiyələniblər. Yığmamız bu növ üzrə ilk dəfə Avropa çempionatında komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmançılarımız həmçinin, batut gimnastikasında qızıl və gümüş, tamblinqdə gümüş medallar qazanıblar.