Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edərək Ramazan bayramı münasibətilə təbrik edib. Azərbaycan lideri də həmkarını təbrik edərək Türkiyə xalqına əmin-amanlıq arzulayıb. Dövlət başçıları telefon söhbəti zamanı dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
- Baxış: 187