Ötən ilin 19-20 sentyabrında Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan və bu il aprelin 7-də müalicə olunduğu tibb müəssisəsində vəfat edən Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu Salyanda dəfn edilib. Dəfndən öncə şəhidin evində vida mərasimi keçirilib. Sonra onun nəşi Salyan Şəhidlər xiyabanına aparılaraq torpağa tapşırılıb.
- Baxış: 70