Prezident İlham ƏIiyev Ramin Məmmədovun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi barədə sərəncam imzalayıb. Digər bir sənədlə bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib. İlkin Qismət oğlu Abdullayev Xankəndi Şəhər Məhkəməsinin hakimi və sədri vəzifəsini icra edəcək. Daha bir sərəncam Şirvan suvarma kanalının yenidən qurulması haqqındadır.
Dövlət başçısı İnformasiya texnologiyaları sahəsində və ali baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə qəbul üçün müraciət edən şəxslərin müsabiqənin test imtahanı mərhələsindən azad edilməsi barədə fərman da imzalayıb.
- Baxış: 83