• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1811
— 08.04.2020 15:43

Şəmkirin icra başçısı videokonfrans keçirib

KepezTV Player

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin effektliyinin artırılması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov inzibati ərazi dairə nümayəndələri ilə videobağlantı vasitəsilə müşavirə keçirib. Müşavirədə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, ərazi icra nümayədəliklərinin və bələdiyyələrin vətəndaşlar arasında fərdi şəkildə maarifləndirmə işlərinin aparılması ilə bağlı görülən işlərdən danışılıb. Bununla yanaşı İcra nümayədələrinə hər bir ailənin, xüsusilə 65 yaşdan yuxarı olan insanların yaşadığı ailələrin nəzarətə götürülməsi, vətəndaşların yalnız ciddi ehtiyac yarandığı təqdirdə evdən çıxmaları ilə bağlı müvafiq tapşırıqlar verilib. Epidemioloji vəziyyəti nəzaərətdə saxlamaq üçün yerlərdə həyata keçirilən dezinfeksiya işlərinin sürətləndirilməsi tövsiyyə edilib. Rayon rəhbəri müxtəlif kənd və qəsəbələrdə mövcud vəziyyət barədə məlumat alıb. Yerli özünü idarəetmə orqanlarının rəhbərlərinə əhalini narahat edən məsələlərə həssas yanaqmaq tapşırılıb.

Elgün Seyidov - Şəmkir Rayon İcra Hakimiyyətinin sektor müdiri: Bu gün Şəmkir rayonunda infeksiyaya yoluxma halı qeydə alınmayıb. Şəhərimizin küçələri tamamilə boşdur. Əhali “Evdə Qal “ kampaniyasına qoşulub. Sakinlər karantin rejiminin tələblərinə ciddi riayət edir. Bu gün keçirilən videokonfrans vasitəsi ilə yerlərdə olan icra nümayədələrinə müvafiq tapşırıqlar verilib. Əsas tapşırıq isə əhalinin məlumatlandırılması və qabaqlayıcı tədbirlərin gücləndirilməsi ilə bağlı olub.

 

Natiq Hüseyn