Qablaşdırmada olan nadir birinci nəsil “iPhone” 130.000 dollara satılıb. Məlumata görə, telefon 4 GB daxili yaddaşa malikdir. Hərracın əvvəlində telefonun başlanğıc qiyməti cəmi 17 000 dollar idi. Ancaq son qiymət altı rəqəmə yüksələrək 130 027 dollar olub. Bildirilir ki, smartfon mütləq rekorda imza atmayıb. Keçən il bu konfiqurasiyada üç “iPhone” 133 min dollardan 190 min dollara qədər qiymətə satılıb.
Xatırladaq ki, ötən ilin iyulunda Amerikada keçirilən “LCG Auctions” auksionlarında 2007-ci ilin qapalı qutulu birinci nəsil “iPhone” o zaman qeydə alınan ən yüksək qiymətə - 158 644 dollara satılıb.
“Apple” ilk “iPhone”u 2007-ci ildə buraxıb və 8GB versiyası çox məşhur olduğu üçün 4GB versiyası tez dayandırılıb. Əvvəllər orijinal “iPhone”un 4GB versiyası 8GB versiyasına nisbətən nadir olduğu üçün daha qiymətli hesab olunurdu.
- Baxış: 357