Ermənistan Xarici İşlər Nazirliyinin ölkəmizi vəziyyəti gərginləşdirməkdə təqsirləndirməsi qəbuledilməzdir və heç bir əsası yoxdur. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. "Ermənistan sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməlidir. Azərbaycan öz növbəsində, bölgədə ona qarşı təhdidlərin qarşısını ciddi şəkildə alacaq, sülh və quruculuq səylərini davam etdirəcək", - deyə nazirlik rəsmisi qeyd edib.
- Baxış: 99