• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1286
— 03.04.2024 17:12

Prezident Sankt-Peterburqun qubernatorunu qəbul edib

 Prezident İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovu qəbul edib. Görüşdə iki ölkə arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Sankt-Peterburq şəhəri ilə əməkdaşlığının əlaqələrin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb. Ticarət, iqtisadi, investisiya imkanlarının genişləndirilməsi, humanitar, mədəniyyət, təhsil sahələrində müvafiq qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.. Əlaqələrin möhkəmləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirilib.