• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1123
— 02.04.2024 20:01

AFFA-nın yeni prezidenti müəyyənləşib

KepezTV Player

AFFA-nın yeni prezidenti müəyyənləşib. Milli assosiasiyanın növbəti Konfransında 35 səshüquqlu nümayəndə arasında səsvermə keçirilib. Quruma yeni rəhbər "Neftçi"nin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf seçilib. Yeni İcraiyyə Komitəsinin tərkibi də müəyyənləşib. AFFA-nın yeni prezidenti Rövşən Nəcəf Hesabat-Seçki Konfransından sonra təşkil olunan mətbuat konfransında Azərbaycan millisinin yeni baş məşqçisinin qısa müddətdə məlum olacağını bildirib. Bir neçə məşqçi ilə danışıqlar aparılıb.