• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1640
— 02.04.2024 20:00

Gəncəli voleybolçular düşərgədə iştirak ediblər

KepezTV Player

Azərbaycan Voleybol Federasiyası növbəti dəfə “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsini təşkil edib. Düşərgə Bakıda reallaşıb və buraya 2010-2013-cü il təvəllüdlü qız voleybolçular cəlb olunub. Şahin Çatmanın rəhbərlik etdiyi düşərgənin məşqləri Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub. Təlimlərdə uşaqlara voleybolun incəlikləri öyrədilib, onların daha yaxşı forma toplaması üçün müxtəlif proqramlar həyata keçirilib. Toplanışda 2023-cü ildə aparılan seçimlər zamanı regional voleybol klublarının fərqlənən 90-a yaxın xanım üzvü iştirak edib. Paytaxtdakı düşərgəyə Gəncə Regional Voleybol Klubundan 19 voleybolçu və 4 məşqçi qatılıb.

Vüsalə Cənnətova