Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib. 73 kq çəki dərəcəsində tatami üzərinə çıxan Rəşid Məmmədəliyev uyğun ardıcıllıqla Bolqarıstan, Hollandiya, Türkiyə və Özbəkistan idmançılarını məğlub edib. Onun finalda rəqibi Moldova cüdoçusu Adil Osmanov olacaq.
- Baxış: 231