Bakının Səbail rayonununda qanunsuz tikilmiş qeyri-yaşayış obyekti sökülüb. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi həmin obyektlə bağlı daxil olmuş sorğu əsasında şəhərsalma nəzarəti qaydasında monitorinq keçirib. Bu zaman ərazidə özbaşına tikinti faktı təsdiqlənib. Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmayıb.
Abşeron rayonunun Xırdalan şəhəri və Saray qəsəbəsi ərazilərində isə qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.
- Baxış: 211