• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1344
— 30.03.2024 12:08

"Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib

KepezTV Player

"Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib. Bu, Premyer Liqanın XXVIII turuna təsadüf edib. Ağdam təmsilçisi dördüncü - sonuncu dövrənin ilk turunda "Kəpəz"ə böyükhesabla qalib gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda Julio Romao, Olavio Juninyo, Abbas Hüseynov, Elvin Cəfərquliyev və Redon Cicanın vurduğu qollar sayəsində 6:1 hesablı qələbə qazanan "köhlən atlar" 2023/2024 mövsümünün sonuna 8 tur qalmış xallarının sayını 69-a yüksəldərək rəqibləri üçün əlçatmaz olub. "Kəpəz"in təsəlli qolunun müəllifi 90-cı dəqiqədə Latir Fal olub. Bu həm də Qurban Qurbanovun "Qarabağ"da baş məşqçi kimi 10-cu çempionluğudur.