Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb. Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ölkəmizdə sabitlik, inkişaf, birlik və tolerantlığın hökm sürməsinin əhəmiyyətindən danışıb. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində həmrəyliyə nail olunduğuna diqqət çəkilib. Bu siyasətin Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bildirilib. Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopun, din xadimlərinin, ağsaqqalların da iştirak etdiyi mərasimdə Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olması qeyd edilib. Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov, şəhid ailələrinin nümayəndələri, qazilər, Vətən Müharibəsi iştirakçıları dövlət başçısı tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıdan məmnunluqlarını ifadə ediblər. İftar süfrəsi Müqəddəs Qurani Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə davam etdirilib. Sonda Türkiyənin Gəncədəki Baş Konsulluğu tərəfindən müqəddəs Qurani Kərim kitabı qonaqlara hədiyyə olunub.
Aişə Rzayeva
- Baxış: 169