• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2366
— 29.03.2024 16:42

Akademikə GDU-nun fəxri doktoru adı verilib

KepezTV Player

Gəncə Dövlət Universitetində akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasova fəxri diplom təqdim olunub. Professora, Azərbaycan kimya elminin inkişafındakı nailiyyətlərinə, elmi pedoqoji kadrların hazırlanmasında xüsusi roluna və GDU ilə səmərəli əməkdaşlığına görə universitetin fəxri doktoru adı verilib. Çıxış edənlər akademikin elmi fəaliyyətinin əsas istiqamətindən söz açıblar. Üzvi nitrobirləşmələrin metal kompleksləri əsasında antistatik aşqarların sintezinin elmi əsaslarını işləyib hazırlayıb, bu sahədə yeni elmi istiqamət yaradan Vaqif Abbasovun xidmətlərini yüksək qiymətləndiriblər. Ardından Kimya elmləri doktoru universitetin Kimya-Biologiya fakültəsinin bakalavr və magistr tələbələri üçün ustad dərsi keçib. Dərs aktual problemlərdən olan “Qlobal ekoloji problem və yaşıl enerji” mövzusuna həsr olunub.

Aişə Rzayeva