• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1115
— 27.03.2024 09:06

4 Qırğızıstan vətəndaşı qarşı tərəfə təhvil verilib

Qırğızıstanın hüquq-mühafizə orqanlarının martın 23-də mətbuata açıqlamasında bu ölkənin ərazisində 5 azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilmişdi. Azərbaycan Daxili İşlər Nazirliyi qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim edib. Həmin şəxslərdən birinin Rusiya, digərinin isə Azərbaycan ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyənləşib. Həmçinin bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən 4 Qırğızıstan vətəndaşının Azərbaycanda yeri müəyyən edilib və onlar qarşı tərəfin aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil verilib.