KepezTV Player
Cenevrədə Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi təqdimatı keçirilib. Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti Parlamentlərarası İttifaqın 148-ci Assambleyasının keçirildiyi şəhərdə işgüzar səfərdə olub. Bu ilin noyabrında Azərbaycanda COP29-un Tərəflər Konfransının sessiyası keçiriləcək. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
- Baxış: 85