KepezTV Player
Ağstafada polis əməkdaşları qanunsuz fəaliyyət göstərən ağac emalı sexi aşkar ediblər. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Rövşən Aşurova məxsus sexə baxış zamanı oradan müxtəlif növ yaş halda kəsilmiş ağac gövdələri və emal olunmuş taxtalar aşkarlanıb. Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
- Baxış: 93