• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1066
— 21.03.2024 14:36

21 Mart - Beynəlxalq Novruz Günüdür

Martın 21-i Beynəlxalq Novruz Günüdür. 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub. “Yeni gün” mənası verən Novruz dünyada 300 milyondan artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Bu bayram min illərdir ki, Qafqazda, Balkan, Qara dəniz hövzəsi, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir. Yeni ilin məhz martın 21-də başlanması tam elmi təsdiqini tapıb. Novruz xalqımızın məişəti, adət-ənənəsi, həyat tərzi, təfəkkürü, intellektual səviyyəsi ilə qırılmaz tellərlə bağlıdır. Novruz nəsildən-nəslə, əsrdən-əsrə keçərək milli bayram və xalq mərasimi kimi yaşamaqdadır.