Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Zülfiqarov İsgəndər və Məlikzadə Hüseyn saxlanılıb. Onlardan 11 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb. İranda yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edildikləri müəyyən edilən həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
- Baxış: 284