Laçın sakinləri 32 ildən sonra baharın gəlişini doğma yurdlarında qarşılayırlar. Xalqımızın qədim adət - ənənəsi olan Novruz tonqalları işğaldan azad edilən ərazilərdə də alovlanır. Bu gün ilaxır çərşənbə münasibətilə Laçın şəhərində Həkəri çayının kənarında bayram tədbiri keçirilir. “Can Laçın” adlı Novruz Yarmarkası da təşkil olunub.
- Baxış: 185