Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzəyə başsağlığı ünvanlayıb. "Pakistanın şimal-qərb bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi. Həlak olanlara rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı veriririk. Allah rəhmət eləsin.", - deyə başsağlığında bildirilib.
Martın 16-da Pakistanın Əfqanıstanla sərhədyanı bölgəsində təhlükəsizlik qüvvələrinin postuna hücum nəticəsində azı yeddi nəfər ölüb.
- Baxış: 128