• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2028
— 16.03.2024 16:17

Novruz bayramının sevinci yaşanıb

KepezTV Player

Gəncə Dövlət Universitetinin Nəzdində Regional Kollecdə Novruz bayramı münasibəti ilə tədbir keçirilib. “Novruz gəlir, yaz gəlir” adlı tədbirdə adət-ənənələr, milli folklorumuzdan danışılıb. Novruzun əsrlərdən bəri sevə-sevə yaşadılan bayram olduğu vurğulanıb. Baharın gəlişini tərənnüm edən bayram tədbirində Kollecin tələbələri mahnılar ifa edib, şerlər söyləyiblər. “Kosa”, “Keçəl” və “Bahar qız”ın çıxışları maraqla qarşılanıb.