• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1184
— 16.03.2024 15:44

XI Qlobal Bakı Forumu öz işini panel iclaslarla davam etdirir

KepezTV Player

Azərbaycan Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XI Qlobal Bakı Forumu öz işini panel iclaslarla davam etdirir. 70-dən artıq ölkədən 350-dən çox qonağın iştirak etdiyi Forumun panel müzakirələrindən biri "Qlobal çağırışlara qarşı davamlılığı artırmaq: Qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə baxış" mövzusunda olub. Miqrasiya, uşaqların insan alverinin qurbanı olması kimi mövzulardan söz açılıb. 
 

BMT-nin sabiq xüsusi elçisi Ahmedou Ould-Abdallah: Cənubda əhali Şimalla müqayisədə daha acizdir. Burada dərin miqrasiyaya səbəb olan amillər var. Həmin amillərin ən başlıcası silahlı münaqişələr, müharibələrdir. Kənar müdaxilələr problemi daha da alovlandırır ki, bu da miqrasiyaya səbəb olur. İnsanlar daha yaxşı məkanlara köçmək məcburiyyətində qalırlar. Hazırda 100 milyon miqrant və köçkün var. Bu da yerli hökumətlər tərəfindən idarə olunmalıdır ki, onların təhlükəsizliyi təmin edilsin.)) 
 

Nobel sülh mükafatı laureatı Kaylaş Satyarti: Dünyada müharibələrin nəticəsi olaraq ciddi xaoslar baş verir. Müharibələr dayandırılmalıdır. Eyni zamanda insanlar, o cümlədən uşaqlar təbii fəlakətlərin, iqlim dəyişikliyinin qurbanı olurlar. Onlar buna layiq deyillər. Hər kəsin yaşamaq hüququ var.