Xarici işlər nazirinin müavini Samir Şərifov isə ölkəmizdə səfərdə olan Özbəkistan xarici işlər nazirinin müavini Raxmatulla Nurimbetov ilə görüşüb. Ali səviyyəli siyasi dialoqun iki qardaş ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, eləcə də yeni məzmunla zənginləşdirilməsində əsas rol oynadığı bildirilib. Qarşılıqlı maraq kəsb edən digər mühüm regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
- Baxış: 127