KepezTV Player
Martın 17-də doqquzuncu siniflər üzrə keçiriləcək buraxılış imtahanı Gəncədə də reallaşacaq. Bu məqsədlə 9 bina ayrılıb. İmtahanda iştirak üçün 2359 şagird qeydiyyatdan keçirib. Bu il ilk dəfə olaraq imtahan prosesində sona kimi iştirak edənlər sual kitabçalarını özləri ilə apara biləcək.
Nəsimi Məmmədov - DİM-in Gəncə Regional Bölməsinin müdiri: Doqquzuncu sinifdə oxuyan şagirdlərin əksəriyyəti şəkilsiz şəxsiyyət vərəqələri ilə təmin edilmişdi. Məkətəb rəhbərliyi tərəfindən şəkilləri möhürlənmiş arayışlar şəxsiyyət vərəqəsi və buraxılış vərəqələri ilə iştirak etməlidirlər. Əsas tövsiyyəmiz ondan ibarətdir ki, imtahana vaxtında gəlməlidirlər. İmtahanda təlimata uyğun şəkildə iştirak etməlidirlər.
- Baxış: 178