Azərbaycan ərazisində adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşı müəyyən edilərək saxlanılb.Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.Qeyd olunub ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu ilə məşğul olmalarına dair məlumat əldə edilib.Araşdırmalar zamanı müəyyən olunub ki, Pakistan vətəndaşı, 1992-ci il təvəllüdlü Ullah Naeem Xan Navvab digərləri ilə cinayət əlaqəsinə girib qabaqcadan sövdələşməklə, həmin ölkənin vətəndaşı Şeraz Muhammad Afzal Muhammadı Kanada dövlətinə getməsi üçün vizasının təsdiq edilməsi adı altında aldadaraq Azərbaycan Respublikasına gəlməsinə nail olub, mütəşəkkil cinayətkar dəstə üzvlərinin əvvəlcədən əldə etdikləri razılıq əsasında kirayəyə götürdükləri Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən evə aparıb, qollarını və ayaqlarını bağlayaraq orada saxlayıb və azad edilməsi müqabilində onun Pakistan İslam Respublikasında olan yaxın qohumlarından külli miqdarda pul vəsaiti tələb edib.Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törədən şəxslər Qəbələ rayonunun Vəndam qəsəbəsindəki evdə cinayət başında saxlanılıb, Şeraz Muhammad Afzal Muhammad isə azad edilib.Həbs olunmuş Ullah Naeem Xan Navvab və digərləri barəsində cinayət işi başlanılıb.
- Baxış: 290