Stability AI şirkəti mətn formatında təsvirlər əsasında fotoların tərtibatı üçün nəzərdə tutulmuş Stable Diffusion adlı neyron şəbəkəsinin 3-cü versiyasını anons edib. Şirkət həmçinin Stable Diffusion 3 vasitəsilə tərtib edilmiş fotoların nümunələrini də sərgiləyib. Təqdim edilmiş nümunələrdən də görmək olar ki, Stable Diffusion 3 fotoları bədii tərtibat nöqteyi nəzərdən daha realistik və dəqiq şəkildə tərtib edə bilir. Stability AI şirkəti bildirib ki, Stable Diffusion 3 istifadəçilərin sorğularını daha yaxşı şəkildə başa düşə bilir. Şirkət həmçinin qeyd edib ki, o, sözügedən yeni neyron şəbəkəsindən düzgün olmayan məqsədlərdə istifadəsinin qarşısını almaq üçün ona bir sıra məhdudlaşdırıcı tədbirlər əlavə edib. Stable Diffusion 3-dən istifadə üçün növbə siyahısına düşmək lazımdır. Bunu isə Stability AI saytında reallaşdırmaq olar.
- Baxış: 409