![](http://kepeztv.az/sites/default/files/styles/newsdetail/public/prokuror%2B_111.jpg?itok=Gk5irXWT)
Özbəkistan vətəndaşları 1989-cu il təvəllüdlü Şodiyev Şaxboz Komil oğlu və 1997-ci il təvəllüdlü Satımboev Şaxboz Akmalxon oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib. Şəxslər 2023-cü ildə Azərbaycanda müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib. Onlar sorğu edən ölkənin səlahiyyətli orqanlarına təhvil veriliblər.
- Baxış: 320