• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1212
— 11.03.2024 15:10

Zəncirvari qəza olub, 3 nəfər xəsarət alıb

Lənkəranın Darquba kəndində "QAZel" markalı yük avtomobili "Mercedes" və "VAZ-2106" markalı minik avtomobilləri ilə toqquşub. Nəticədə "VAZ-2106" deformasiyaya uğrayıb. FHN-nin xilasediciləri Şağlaküçə kənd sakinləri - 1990-cı il təvəllüdlü Ramin Əlabbas oğlu Şükürov və 1989-cu il təvəllüdlü Ağasif Fəzail oğlu İsmayılovu sıxışıb qaldıqları avtomobildən çıxarıblar. Daha bir yaralı, "QAZel" də sərnişin qismində olan Lerikin Hamarmeşə kənd sakini, 1965-ci il təvəllüdlü Qasım Rüstəm oğlu Qasımov da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.