• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 743
— 11.03.2024 15:07

Oğurluğa görə həbs olunan şəxsin digər cinayətlərinin də üstü açılıb

Lənkəran rayonu ərazisindəki evlərdən birindən oğurluq etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılan və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən Anar Mirzəyevin rayonun Liman şəhəri ərazisində daha iki evdə oxşar cinayət hadisələri törətdiyi müəyyən edilib. Əlavə tədbirlərlə onun oğurluq etdiyi evlərdə zərərçəkənlərə 6400 manat maddi ziyan vurduğu məlum olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.