• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1687
— 03.03.2024 10:18

Gənc rəssam

Sənət kainatın içindədir, əsil sənətkar da onu çıxarmağı bacarandır. Bu gün “Gəncəm”də öz bacarığı ilə xəyal dünyasını rəsm sənətində çevirən Səmaya xanımı tanıyacağıq.

Səmaya Mehdiyeva- rəssam: “Çox kiçik yaşlarımdan rəssamlığa həvəsim olub. Daim cızma-qaralar edərək dəftərlərimi bəzəyirdim. Böyüdükdə valideynlərimin dəstəyi ilə rəssamlıq məktəbinə daxil oldum və öz bacarıqlarımı burada daha da inkişaf etdirdim”.

Rəssamlıq incə sənətdir. Gənc rəssam Səmaya xanım, istedad olmasa belə bu sənətə müəyyən qədər yiyələnməyin mümkün olduğunu qeyd etdi.

Səmaya Mehdiyeva- rəssam: “Rəssamlığa daha çox həvəs lazımdır. Rəsm bir terapiyadır və insanları rahatladır. Həvəsin olmağı yetərlidir”.

Səmaya xanımdan işinizin sirri nələrdir?  Bu barədə soruşduq və tələbələrinin nailiyyətlərindən danışdı.

Səmaya Mehdiyeva- rəssam: “Hər bir rəssamın özünəməxsus bir sirri və texnikası var. Mən də çalışdığım qədər tələbələrimlə bu  sirrləri bölüşürəm. Tələbələrim bir çox uğurlar qazanıb. Hətta bir tələbəm Heydər Əliyevin 100 illiyinə həsr edilmiş yarışmada 1-ci yerə layiq görülmüşdür”.

İstedadlı gəncimiz gələcək xəyallarından danışdı və gənclərə tövsiyə verməyi unutmadı.

Səmaya Mehdiyeva- rəssam: “Gələcəkdə bir rəssam kimi özümü daha da təkmilləşdirib, uğurlu nəticələrə imza atmaq istəyirəm. Gənclərə tövsiyəm ondan ibarət olar ki, sevdikləri sahəyə yiyələnsinlər və daim əzmkar olsunlar”.

Fidan Qədimova

ƏTRAFLI...