• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 756
— 11.03.2024 09:09

Azərbaycan güləşçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Ağanəzər Novruzov Rusiyanın Yakutsk şəhərində keçirilən gənclər arasında Roman Dmitriyev memorialında bürünc medal qazanıb. 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı beynəlxalq turnirin yarımfinalında məğlub olsa da, üçüncü yer uğrunda görüşdə yerli güləşçi Andrey Rumyantsevə qalib gəlib. Gənclərdən ibarət millinin məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında çıxış edən digər güləşçilər Ayxan Abdullazadə və İsmayıl Rəhimliisə mükafatçılar sırasına düşə bilməyiblər.