23 yaşlı Çexiya təmsilçisi Kristina Pışkova Hindistanın Mumbay şəhərində keçirilən “Miss dünya – 2024” gözəllik yarışının qalibi olub. Pışkova indiyədək bu titulu qazanmış ikinci çexiyalı olub. O, peşəkar model kimi işləyir, habelə hüquq və biznes idarəçiliyi üzrə təhsil alır. İngilis, polyak, slovak və alman dillərində sərbəst danışır. O həmçinin təhsil vasitəsilə davamlı inkişafdan yana çıxış edən fondun yaradıcısıdır.
- Baxış: 156