"Ermənistan ərazisində yerləşən Azərbaycanın İslam tarixi-mədəni irsinin məhv edilməsi böyük məyusluq doğurur". Bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda bildirilib. Dövlət başçısı məktubunda diqqətə çatdırıb ki, Azərbaycan UNESCO-ya müraciət edərək Ermənistanda illər ərzində dağıdılan mədəni və dini abidələrimizin vəziyyətinin qiymətləndirilməsinin aparılması məqsədilə bu ölkəyə texniki missiyanın göndərilməsinə çağırış edib. UNESCO indiyə kimi bu çağırışa cavab verməyib. Qeyd olunub ki, bu gün Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası islamofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət yürüdən platformalara çevrilib. Fransa özünün ənənəvi neokolonializm siyasəti ilə bərabər, müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif islamofob kampaniyalar təşkil edir. Qeyd edək ki, Bakıda keçirilən beynəlxalq konfransda 130-dan çox beynəlxalq qonaq iştirak edir.
- Baxış: 99