• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1429
— 07.03.2024 19:51

“Əhalinin peşə hazırlığının təşkili” mövzusunda dəyirmi masa keçirilib

Şuşada “Əhalinin peşə hazırlığının təşkili” mövzusunda dəyirmi masa keçirilib. Qeyd olunub ki, ilk mərhələdə müvafiq işçi qrupu işğaldan azad olunan ərazilərimizə qayıdışı planlaşdırılan 311 min şəxsin demoqrafik, məşğulluq və sosial göstəricilərinin təhlili həyata keçirib. Qayıdış prosesində 256 işəgötürənlə görüş keçirilib, işçi qüvvəsinə olan tələbat öyrənilib, köçürülən sakinlərdən artıq 1495 şəxsin məşğulluğu təmin edilib, 979 nəfərin isə məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilir. Həmçinin əsas prioritetlərdən biri həmin ərazilərdə ehtiyac olan peşələrə dair tələbləri öyrənmək və gələcəkdə bu peşələr üzrə kurslar təşkil etməkdir. İlkin mərhələdə həmin ərazilərdə 12 min şəxsin peşə hazırlığına cəlbi nəzərdə tutulub. Ötən il Bərdədə açılışı olan Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi bu sahədə mühüm rola malikdir.