• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1800
— 07.03.2024 17:36

Uşaqlar üçün tamaşanın premyerası olub

Gəncə Dövlət Kukla Teatrında kiçik tamaşaçılar üçün “Balqabağın Ay yuxusu” tamaşasına ictimai baxış keçirilib. İlk dəfə olaraq görüntü illüziyasından istifadə edilərək, tamaşada müxtəlif işıqlarla daha fərqli səhnəciklər yaradılıb. Təcrübəli aktyorların iştirakı ilə reallaşan tamaşa azyaşlı izləyicilərin böyük marağı ilə qarşılanıb. “Balqabağın Ay yuxusu” tamaşası qarşıdakı günlərdə də kiçik izləyicilərin izləməsi üçün səhnədə olacaq.

Şamil Məmmədli- Gəncə Dövlət Kukla Teatrının baş rejissoru: “Aləmzar Əlizadənin müəllifi olduğu “Balqabağın Ay yuxusu” tamaşasının ictimai baxışını keçirdik. Bu tamaşanın üstündə aktyorlarla birlikdə demək olar ki, 3 aya yaxındır işləyirik. Tamaşa uşaqların çox böyük marağına səbəb oldu, tamaşanı çox böyük maraqla qarşıladılar”.

Pərvin Abbaszadə