• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1801
— 07.03.2024 17:33

Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib

YAP Gəncə şəhər təşkilatının və Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxaq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə bildirilib ki, Azərbaycan qadınları bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin yaşadılmasında müstəsna xidmətlər göstəriblər. Bu gün dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Daha sonra şəhərin ictimai həyatında fərqlənən xanımlara təşəkkürnamələr təqdim olunub. Rəsmi hissədən sonra Gəncə Dövlət Filarmoniyasının kollektivi tərəfidən musiqi proqramı nümayiş etdirilib.

Aişə Rzayeva