• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1815
— 07.03.2024 16:18

Prezident İlham Əliyev fərmanlar və sərəncamlar imzalayıb

KepezTV Player

Emin Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında, Elçin Yusubov isə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Bir qrup qadın Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Prezident İlham Əliyev bunlarla bağlı sərəncamlar imzalayıb. Prezident İlham Əliyev Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında da Sərəncam imzalayıb. Dövlət başçısının fərmanı ilə QHT-lərin illik maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydasının hazırlanmasında Maliyyə Nazirliyi ilə yanaşı, Ədliyyə Nazirliyi də iştirak edəcək. Digər sənədlə Prezidentin Təhlükəsizlik Xidmətinin rəsmi embleminin təsviri və əsasnaməsi təsdiq edilib.