Bərdədə polis Qazaxlar, Mehdili, Mustafaağalı, Tumaslı kəndlərindən ayrı-ayrı vaxtlarda müxtəlif vətəndaşlara məxsus mal-qara oğurlamaqda şübhəli bilinən Kəlbəcər sakini Rövşən Oruczadə, onun tanışları, Neftçala sakini Atakişi Əliyev və Bərdə sakini Səbuhi Ələsgərovu saxlayıb. Onların Bərdə, Tərtər və Neftçala rayonlarından müxtəlif vaxtlarda vətəndaşlara məxsus iribuynuzlu və xırdabuynuzlu heyvan oğurladıqları məlum olub. Mal-qaranı satıb əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf edən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.
- Baxış: 217