Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən yaşayış binasının zirzəmisində narkotik vasitələr aşkarlanıb. Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Vəliyev Emin Müşviq oğluna məxsus ümumi çəkisi 8 kiloqram 300 qram olan qurudulmuş marixuana oradan götürülüb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 218